Azərbaycan XİN Britaniyaya xəbərdarlıq edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu ölkənin Londondakı səfirliyinə qarşı hücum ilə bağlı, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Britaniya dövlətinə xəbərdarlıq edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı yaydığı məlumatda bir qrupun səfirliyə daxil olduğu bildirilir
Məlumatda o da qeyd olunur ki,yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşlarının xəsarət almadığını bildirən məlumatda hadisə ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcəyi deyilir.
Azərbaycan Respublikası Xarici İşlər Naziriyi Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı rəsmi londonun məsuliyyətini xatırladaraq bununla əlaqədar diplomatik kanallar vasitəsilə Britaniya qurumlarına xəbərdarlıq edildiyi vurğulanır.