ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan səfirliyində baş verən hadisə yüksək həssaslıqla araşdırılır

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təəssüflə bir nəfərin ölümü ilə nəticələnən Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girəcəyində edilmiş silahlı hücumu pisləyib.
Səfirliyin öldürülmüş üzvünün ailəsi, eləcə də Azərbaycan Respublikasının hökuməti və xalqının kədəri ilə səmimi qəlbdən bölüşən Nasir Kənani-Çafi bildirib ki, polis və təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib və hücumçu şəxsi həbs ediblər.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İranın siyasi və təhlükəsizlik rəsmilərinin xüsusi göstərişi ilə məsələ yüksək prioritet və həssaslıqla araşdırılmaqdadır ki, hücumçunun bu hərəkətinin cəhətləri və məqsədi müəyyənləşmiş olsun.
Kənani-Çafi əlavə edib: Əlaqədar rəsmilər və orqanların ilkin araşdırmalarının nəticəsi, hücumçu şəxsin şəxsi məqsədlərindən söz açır. Polis, təhlükəsizlik və məhkəmə orqanlarının məsələyə dərhal müdaxilə etdiklərinə görə,  mediaların bu barədə zənn-gümanlardan və qeyri-mötəbər xəbərlər yaymaqdan çəkinmələri tövsiyə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button