ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan səfiri: “Bəzi qüvvələr İranla Azərbaycanın bağlılıqlarını aradan aparmağa çalışırlar”

“İranla Azərbaycanın əlaqələrinin davamiyyətini istəməyənlər iki tərəfin ortaq cəhətləri və bağlılıqlarını aradan aparmağa çalışırlar. Onlar müvəffəq olmayacaqlar.”
Qafqaz.ir xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.
O, Tehranda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbir çərçivəsində iki ölkə əlaqələrinin vəziyyətinə də toxunub.
Səfir deyib:
“İranla Azərbaycanın dostluq münasibətləri elə olub ki, tərəflər həmişə dost, qardaş və qonşu kimi münasibətdə olublar. Bu əlaqələrin əsası tarixdə qoyulub. Təəssüflər olsun ki, bir qism bu əlaqələrin davamiyyətini istəmir və iki tərəfin bağlılıqları və ortaq cəhətlərini aradan aparmaq istəyirlər”, deyə o vurğulayıb ki, bu qism şəxslər müvəffəq olmayacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button