Azərbaycan Respublikasının Səfirliyinə hücumda təqsirləndirilən şəxslərə ağır cəza verilməsi tələb edilib

Tehran Prokurorluğu bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə prosesi aidiyyatı orqan tərəfindən araşdırılıb.
Qeyd edək ki, səfirlik binasında Azərbaycan vətəndaşını odlu silahla qəsdən öldürməkdə, qanunsuz silah və döyüş sursatı, o cümlədən Kalaşnikov avtomatı və tapança almaq, gəzdirmək və saxlamaqda, eləcə də ictimai asayişi pozmaqda təqsirli bilinən şəxslərə ağır cəza istənilib.Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşı olan səfirliyin 3 əməkdaşına qəsdən xəsarət yetirilməsi ilə bağlı növbəti ittiham irəli sürülüb və sənədlər iddiaçılar tərəfindən tamamlanana qədər iş açıq qalacaqdır.Qərəzli ünsürlər tərəfindən iki ölkə İran və Azərbaycan arasında münasibətləri korlamaq məqsədi ilə bu iş ətrafında yaradılmış geniş zidd təbliğatlara baxmayaraq, zərər çəkmişlərin məhkəmələrdə şikayətindən sonra iki ölkənin məhkəmə orqanlarının sıx əməkdaşlığı ilə iş araşdırılaraq iddianaməsinin verilməsi mərhələsinə çatdırılmışdır.