Bununla bağlı, Təbrizin imamcüməsi İnqilab Rəhbərinin tələbə və məktəblilərlə görüşdə sionist rejimə ərzaq və neft ixracatı yolunun asılı olması və Qəzzənin bombalanması ilə əlaqədar buyurduqlarına işarə edib.
O, deyib: Azərbaycan Respublikası dövləti və xalqını İsrailə neft ixracını kəsməyə çağırırıq. Çünki Azərbaycan Respublikası uşaq qatili olan sionist rejimin neftinin altmış faizindən çoxunu təmin edir. Bu istiqamətdə, Azərbaycan nefti digər müştərilərə malik ola bilər və ölkə iqtisadiyyatını uşaq qatili olan bir rejimə bağlamaq olmaz.