ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan özünü Avropa Siyasi Birliyində görürmü?

Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər. “The Guardian” qəzetinin məlumatına görə, Avropa Birliyi (AB) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da dəvət olunub.

Avropa Siyasi Birliyinin yaradılmasını Fransa Prezidenti Emmanuel Makron təklif edib. Birlik AB-yə üzvlük perspektivlərini nəzərdən keçirən dövlətlərlə qarşılıqlı əlaqələrin formatını təsdiqləyir.

Azərbaycan AB-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsünün iştirakçısıdır. Lakin AB və Azərbaycan arasında beş ildir danışıqlar getsə də, saziş heç cür imzalanmır.

“Əgər bu, hansısa bir ölkəyə…”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə düşünür ki, dəvət varsa, Azərbaycan orada iştirak edəcək. Deputat “Turan”a bildirib ki, sonrakı addım təşkilatın qarşısına nə məqsədlərin qoyulmasından asılıdır: “O, əməkdaşlıq, ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq hüququn prioritetliyi, milli maraqların qorunması, ticarət, humanitar əlaqələr, dünyanı inkişafa aparan prinsiplərin elan və tətbiq edildiyi təşkilat olarsa, Azərbaycan bu təşkilatın üzvü ola bilər”.

Deputat deyir ki, əgər bu, hansısa bir ölkəyə və yaxud da hansısa ölkələr qrupuna yönəlik bir təşkilat olacaqsa, Azərbaycanın ona qoşulacağına inanmır: “Amma Azərbaycanın dəvət edilməsi onu göstərir ki, Avropa məkanı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu gün Azərbaycan tək regionun deyil, dünyanın da əsas siyasi fəal ölkələrindən biri kimi götürülür”

“Yeni konyunkturaya və dövrə uyğun bir jest”

AB-nın “Şərq Tərəfdaşlığı” proqramı üzrə ekspert Zaur Əkbər isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanın Praqada keçiriləcək görüşə dəvət alması müsbət bir hadisədir. Onun fikrincə, bu, Azərbaycana marağın yüksəldiyini göstərir. Amma o qeyd edib ki, digər tərəfdən, Azərbaycan 2009-cu ildə Praqada imzalanan “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olsa da, hələlik, nəzərdə tutulan bir islahat aparmayıb: “Bu yeni siyasi qurumun tədbirinə Azərbaycanın dəvət edilməsi yeni konyunkturaya və dövrə uyğun bir jestdir. Həm də Azərbaycan 2017-ci ildən sonra Avropa Birliyi ilə 20 milyardlıq qaz müqaviləsi bağlayıb. Ola bilsin ki, Azərbaycan enerjidaşıyıcıların mənbəyi və tranzit ölkəsi kimi əhəmiyyətli olduğu üçün dəvət ediblər”.

“Ümumdünya Ticarət Təşkilatına üzvlük…”

Z.Əkbərin fikrincə, rəsmi Bakının ona doğru atılan müsbət jestlərə qarşı uyğun addım atması yaxşı olardı: “Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı məsələlərə yekun vursun, sazişin bəndlərində olan Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi, Azərbaycanın öz mülki aviasiya sahəsini Avropa Birliyinə uyğun qurması həll edilsin, gömrük tarifləri məsələsi ilə bağlı ortaya iradə qoysun”.

Gözlə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button