Xəbərlər

Ayətullah Xameneyinin üzüyü Sidneydə hərraca qoyulub

Üzüyü hərraca çıxardan şəxs Livan əsilli Sidney sakinidir.

Avstraliyanın Sidney şəhərində Həzrəti Ayətullah Xameneyinin üzüyü hərraca çıxarılıb. Üzüyü hərraca çıxardan şəxs Livan əsilli Sidney sakinidir. O, neçə il əvvəl Həzrəti Ayətullah Xamenei ilə görüşdüyünü və bu üzüyün ona rəhbər tərəfindən hədiyyə edildiyini söyləyib. O, hərracda satılan üzüyün pulunu “İmam Rza” cəmiyyətinə bağışlayacağını bildirib.

Məlumata əsasən, üzük böyük məbləğə satılıb. Avstraliyadakı İslam təşkilatlarından biri olan “İmam Rza” cəmiyyəti hər il İmam Rzanın(Ə)mövlüdü münasibətilə bayram mərasimi təşkil edir və Sidneydə yaşayan Əhli-beyt aşiqlərini sevindirir.

Cəmiyyət xeyriyyə məqsədilə daxil olan pullarla gələcəkdə daha geniş mərasimlər keçirməyi nəzərdə tutur.

nardaranpiri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button