AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Xameneinin gənclərə çağırışı Vikipediada

İslam İnqilabının Rəhbəri, Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerikalı gənclərə xitabən yaydığı müraciəthaqqında məlumatlar verən Vikipediada ingilis dilində səhifə yaradılıb.
Maide.az xəbər verir ki, İslam İnqilabının Rəhbəri Fransada baş verən terror hadisələri və İslami dəyərlərə qarşı edilən təcavüz və təhqirlərlə bağlı 22 yanvar 2015-ci il tarixində Avropa və Şimali Amerikada yaşayan gənclərə xitabən bir məktub yazmış və gənclərin həqiqi İslamı, Quran və Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) həyatı və təlimləri barədə məlumatlanmalarını istəmişdi.
Ayətullah Xameneinin yazdığı bu məktubdan sonra bir çox sayt və sosial şəbəkədə bu mesajın daha da yayımlanması işlərinə başlanılıb. Məhz bu sırada da qlobal elektronik ensklopedia olan Vikipediada ingilis dilində səhifə yaradılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button