Xəbərlər

Moskvadakı “Rus marşı”nın iştirakçıları azərbaycanlıları DÖYDÜLƏR

Noyabrın 4-də Moskvada ənənəvi olaraq ultramillətçi qruplar və bəzi partiyaların təşkil etdiyi “Rus marşı” yürüşü keçirilib.
Moskvada keçirilən “Rus marşı”nda artıq 20 nəfərə yaxın qafqazlı xəsarət alıb. Onlardan 16 nəfərin azərbaycanlı, qalan 4 nəfərdən 2-nin erməni, 2-nin isə milliyətcə özbək olduğu bildirilir.
“Rus marşı”nda minlərlə adamın iştirak etdiyi bildirilir.
Digər məlumata görə, aksiya iştirakçıları bü gün sərnişin avtobusunda 56 yaşlı bir azərbaycanlını ölümcül döyüblər.
Polislər Moskvanın küçələrində nəzarəti gücləndiriblər. Paytaxtdı demək olar ki, əksər bazarlar işləmir.
Xatırladaq ki, hələ ötən həftə Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrn 4-də mümkün qədər küçələrə çıxmamağa çağırmışdı. “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları Orxan Zeynalovla bağlı hadisədən sonra “Rus marşı” iştirakçılarının əsas hədəfinin azərbaycanlı miqrantlar olacağını bəyan etmişdi

 

 Modern.az 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button