ArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: ABŞ şeytanların ən çirkinidir…

İranın Hüquq-Mühafizə Elmləri universitetinin tələbələrinin mərasimi İnqilab Rəhbəri Ayətullah uzma Xameneinin iştirakı ilə keçirilib.
qafqaz.ir İslamazeri.com-a istinadina gore  “Khamenei.ir”-ə istinadən xəbər verir ki, imperialist qüvvələrinin, xüsusən Amerikanın İranda təhlükə yaratmaq niyyətlərindən söz açan Ayətullah Xamenei bildirib: “Son 38 ildə ölkənin təhlükəsizliyini pozmaq məqsədilə atılan addım və planlara baxmayaraq, silahlı qüvvələrimiz, xüsusən mühafizə qüvvələri (polis) və imanlı cavanlar böyük güc və əzmlə dayanıb, ölkənin təhlükəsizliyini müdafiə edirlər.”
Bölgənin üzləşdiyi təhlükə böhranından söz açan İnqilab Rəhbəri deyib: “Bunun səbəbi ABŞ və İsrail rejiminin şər işləri və mənafelərini təmin etmək üçün bölgəyə nüfuz etmə cəhdləridir. Onlar bir gün İŞİD-i yaratdılar. Lakin mömin cavanların müqavimətilə üzləşdiyi zaman başqa çirkin yollara əl atdılar, lakin İran və müqavimət cavanlarının iradəsi ilə imperialist qüvvələrin burnu yerə sürtüldü. Bu qüvvələrin, xüsusən ABŞ-ın tamahkarlığı ilə mübarizə aparmağın yeganə yolu bölgə dövlət və xalqlarının bacarığını hiss etmək və işə salmaqdır. Biz süstlük göstərsək, düşmən irəli gələcəkdir.”
Amerikanın nüvə razılığı mövzusunda sərgilədiyi mövqeyə toxunan Ayətullah Xamenei “Onlar bu mövzu barədə hər gün bir cür şeytanlıq sərgiləyirlər. Onların bu addımları İmam Xomeyninin (r) “Amerika böyük şeytandır” sözünü bir daha təsdiq edir. Həqiqətən,  ABŞ şeytanların ən çirkinidir. Məsullarımız bu nəticəyə gəldilər ki, sanksiyaların ləğv olunması üçün öz haqlarından göz yumsunlar. Lakin bu gün görürük ki, müzakirələrdə çox sayda fikir mübadilələrinin olmasına baxmayaraq ABŞ-ın bu razılığa olan münasibəti qəddarcasınadır. İran xalqı və məsulları düşmənin bu nifrət dolu addımları ilə nə etməlidirlər? Məsullar Amerikanın fəsad dolu rejiminin başçılarına xalqa söykəndiklərini, xalqın iqtidara sahib olduğunu, islamın bərəkətilə güc və zorakılığa boyun əyməyəcəyini sübut etməlidirlər. Amerikalılar bilsinlər ki, İran xalqı öz şərəfli və qüdrətli mövqelərində dayanacaq və milli mənafeyimizlə əlaqəli olan mühüm məsələlərdə geri addım atmayacaqdır. Geriyə çəkilmək məfhumunun İslam Respublikasının ensklopediyasında yeri yoxdur. Düşmən bilsin ki, zorakılıq və quldurluqları dünyanın digər yerlərində təsir qoyursa İslam Respublikasında cavabsız qalacaq və dövlətimiz möhkəm və iqtidarla mövqelərində dayanacaqdır.”, -deyə əlavə edib.
Düşmənin İran xalqına olan nifrətinin səbəbini açıqlayan Ayətullah uzma Xamenei sonda deyib: “Çünki biz digər xalqlara ilham veririk. Amerikanın yalançı, fəsad dolu və hiyləgər məmurları İranı yalan danışmaqda ittiham edirlər. Bir halda ki, İran xalqı sadiqcəsinə hərəkət edib, bu cür də bu yolu sonadək gedəcəkdir. Yalançı sizsiniz! Yalançı, heç bir xalqa səadət və xoşbəxtçilik arzulamayan və mənafelərini hər qiymətə təmin edənlərdir. İran xalqı möhkəm dayanıb və nüvə məsələsi barədə atılan hər hansı yanlış addım İslam Respublikasının cavabı ilə üzləşəcəkdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button