Xəbərlər

Ayətullah Sistaninin dəfərxanası Türkiyə hakimiyyətini yenidən rüsvay etdi

Dəftərxana Türkiyə mediasının da, bu açıqlama ilə bağlı yalan xəbərlərin yaymasına təəssüfləndiyini bildirib

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə əsasən, Ayətullah Seyid Əli Sistaninin ofisi Rəcəb Ərdoğanın dünən etdiyi çıxış zamanı səsləndirdiyi fikirləri təkzib edib.

Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlunun nüfuzlu təqlid mərcəsi olan Ayətullah Sistani ilə görüşü zamanı Ayətullah Sistaninin guya bu görüşdə ölkənin baş naziri Nuri əl-Maliki və Suriya prezidenti Bəşər Əsədin postlarından uzaqlaşdırılmalarının vaxtının çatdığını bildirmişdi.

Ayətullah Sistaninin dəftərxanası  görüşün baş tutduğunu təsdiqləsədə, bu məzmunlu söhbətin olmadığını bildirərək Türkiyənin baş nazirinin açıqlamasını təkzib edib.

Qeyd edək ki, Kuveytə bağlı olan qəzet də, Davudoğlunun İraq ziyarətindən sonra bu xəbəri yaymış, lakin Ayətullah Sistannin dəftərxanası bu xəbəri yalanlamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button