ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Ayətullah Şeyx Əbasəlt Badkubeinin Həyatı

Həzrət Ayətullah Şeyx Əbasəlt Badkubei Qafqaz məntəqəsinin on doqquzuncu əsrdə yaşamış məşhur alimlərindən biridir. O, məntəqənin din alimlərindən olaraq, xalqın diqqət mərkəzində olmuşdur onun dəqiq anadan olma tarixi müəyyən deyildir. Lakin bir ehtimala görə, on doqquzuncu əsrin ikinci yarısında bakının Buzovna qəsəbəsində dünyaya gəlmişdir. Mədrəsə təhsilini doğulduğu yerdə almış və yeniyetmə çağlarında İranın Ərdəbil, Zəncan və Qəzvin dini hövzələrinə getmişdir.

O, bir sıra dini hövzə dərslərini təhsil aldıqdan sonra, Nəcəfi-əşrəfə yola düşür. Bu müqəddəs məkanda bir müddət elmi-mənəvi kamilliklərə sahib olduqdan sonra ali elmi məqamlara yetişir. Onun təhsil aldığı müddət və ustadları haqqında məlumat yoxdur. Təkcə məntəqədəki alim və ruhanilər arasında elmi-mənəvi əzəmətinin məşhurluğu bundan xəbər verir ki, o, zamanının adı çəkilən dini hövzələrindəki adlı-sanlı ustadlardan dərs almışdır.

Axund Şeyx Əbasəlt ali elmi məqamlara və üstün fəzilətlərə çatdıqdan sonra öz doğma vətəninə qayıdır. Orada moizə, təbliğ, dini maarifləndirmə və islam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır. Buzovna qəsəbəsinin “İmam Hüseyn (ə) məscidi”ndə camaat namazı bərpa edir və xalqın dini işlərini sahmana salmaqla məşğul olur.

Bu böyük alim, 1907-ci ildə (1325 h. q.) dünyasını dəyişib. Doğulduğu yerin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Cenubnews.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button