ArxivXəbər lentiXəbərlər

Ayətullah Seyid Həsən Amili: Cərəyanlara bağlı fərdin mətbuata gəlişi səhvdir!

Ərdəbil Ustanında Vəliyyi-Fəqihin nümayəndəsi, Ərdəbilin imam-cüməsi deyib: Dünyəvi maraqlara əsir olan, siyasi və firqə məsələlərinə bağlı fərdlərin mətbuata gəlişi böyük səhvdir!

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən, Ayətullah Seyid Həsən Amili mətbuat işçiləri ilə görüşdə bildirib: Müxbirlər və mətbuat işçiləri üçün azadlıq zəruri şərt və səciyyədir. Şübhəsiz, belə insan öz fəaliyyətlərində şəxsi və firqə maraqları yox, milli mənafeləri, məmləkəti nəzərdə tutacaq.

Cənab Amili deyirb: Bu halda jurnalist və müxbirlər öz azadlığından faydalanaraq həqiqəti yazacaq, hətta lazım gəlsə öz siyasi cəbhə və qanadına qarşı çıxış edəcək.

Ayətullah Seyid Həsən Amili buyurub ki, cəmiyyət belə bir azad mətbuata ehtiyaclıdır: Jurnalistlər, müxbirlər təzyiq, qorxu altında, tamahkarlıq məqsədi ilə həqiqətin ziddinə yazmamalıdır.

İmam-cümə müasir dünyada mətbuatı güclü vasitə adlandırıb və qeyd edib ki, bu vasitə insanların,cəmiyyətin xidmətində durmalıdır, daim ölkənin ümumi mənafelərinə işləməlidir. Ayətullah Amili mətbuat işçilərini cəmiyyətin ən nüfuzlu islahatçıları adlandıraraq deyib: Cənab Rəhbər buyurur ki, iqtidar mədəniyyət iqtidarıdır. Mətbuat da bu səciyyəsindən faydalanaraq dini etiqadların qorunması və güclənməsi yolunda  çalışmalıdır.

İmam-cümə yanlış, həqiqətdən uzaq, əsassız xəbərlərin yayılmasının cəmiyyətə böyük mənfi təsirindən danışıb: Allah-Taala Qurani-Məciddə aydın şəkildə buyurur ki, yalan danışmaqla insanların şəxsiyyətini alçaldanlar böyük günaha yol verib və buna görə cəzalandırılacaq.

İmam-cümə söhbətinin növbəti hissəsində yayılan xəbərlərin cəmiyyətə təsirindən danışarkən buyurub: Bir müxbir xəbər yayarkən yalnız onun həqiqət olduğunu və vəzifəsini yerinə yetirdiyini düşünsə düz olmaz. Xəbər cəmiyyətə təsiri, nəticələr barədə düşünmək lazımdır.

Cənab Amili ümumi məlumata malik olmağı, cəmiyyətin problemlərindən xəbərdarlığı, peşəkarlığı mətbuat işçisinin uğur səbəbi kimi vurğulayaraq deyib: Yerində və münasib sözlərdən istifadə etmək bu peşədə mühüm məsələdir.

Cənab Amili problemli müasir dünyada virtual şəbəkələrin mənzillərə, ailə daxilinə ayaq açdığını qeyd edib: Müxbir  siyasi mövzularla işini başa çatdırmamalıdır.Yeri gələndə gözəl ifadələrdən istifadə etməklə ictimai-sosial mövzuda xəbərlər hazırlamalıdır. Bu yolla cəmiyyətin bir çox problemlərini həll etmək olar.

 Ayətullah Amili 11-ci dövlətin səhiyyə sahəsində gördüyü işləri İran tarixində misilsiz xidmət kimi dəyərləndirərək bu fəaliyyətlərin davam etdiriləcəyinə ümid etdiyi bildirib. Belə həqiqətlərin işıqlandırılması mətbuatın vəzifələrindəndir – deyən  cənab Amili sözünü belə yekunlaşdırıb: Bizim mətbuatın bacarıqlı və məsuliyyətli işçilərə ehtiyacı var. Məsullar mətbuat işçilərinin rifah, sosial durumuna diqqət ayırmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button