Xəbərlər

Baş Məclisin qərarı bəyənildi

dünən Əsgər Analarına Dəstək İctimai Birliyinin(ƏADİB) Gənclər Təşkilatı toplantı keçirib. Toplantıda təşkilatın üzvləri və məhbus ailələrinin nümayəndələri iştirak edib.
İclasın gündəliyində duran ölkədə ictimai-siyasi vəziyyət, Azərbaycan İslam Partiyasının prezidentliyə namizədi Hacı Mövsüm Səmədovun namizdəlik sənədlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən hakimiyyətin siyasi maraqlarının təmin olunması məqsədilə gizlədilməsi, AİP Baş Məclisinin 9 oktyabr prezident seçkilərində “Ədalət” partiyasının sədri, hüquq elmləri doktoru İlyas Abbas oğlu İsmayılovun prezidentliyə namizədliyinin dəstəkləməsi barədə qəbul etdiyi qərar və başqa məsələlər müzakirə olunub.
Toplantıda AİP-in qərarı təqdirə layiq hesab olunub və bütün üzvlər İ.İsmayılovu dəstəkləməyə çağrılıb.
Tədbirdə ƏADİB-in gənclər təşkilatının sədri Ülkər Səlimova və başqaları çıxış edib.

islaminsesi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button