Aktual

İranın Azərbaycandakı səfiri: “Düşünmürük ki, Minsk Qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar”

“Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, müharibənin hər an alovlanması təhlükəsi qalacaq”
HaqqYolu – “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, təhlükəsizlik məsələsi sual altında olacaq və müharibənin hər an alovlanması təhlükəsi qalacaq”. Bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayın deyib.

Səfirin sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla quru sərhədinin mövcud olması nəzərə alınarsa, istənilən şəkildə sabitliyin pozulması sərhədə yaxın ərazilərə də mənfi təsir göstərəcək.

İranın münaqişənin həlli üçün vasitəçilik göstərməsinin mümkünlüyü barədə danışan M. P. Ayın bildirib ki, bunun üçün ilk növbədə Azərbaycanla Ermənistanın razılığı olmalıdır: “Hər iki tərəfdən razılıq alınsa, İran regionda nüfuza malik olan ölkə, Qoşulmama Hərəkətinin sədri və İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi müvafiq ölkələrlə müşavirələrə, müzakirələrə başlayacaq, özünün kompleks şəkildə olan layihəsini müzakirəyə çıxaracaq”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətini şərh edən İranın səfiri bildirib ki, Minsk Qrupu indiyə kimi heç bir iş görməyib: “Minsk Qrupu bu günə kimi nə edib? Ancaq nəticələri əvvəlcədən bəlli olan bir neçə görüşdən başqa heç nə etməyib. Ümumiyyətlə, biz düşünmürük ki, bölgədən kənar olan Minsk Qrupunun üzvləri bu münaqişənin həllində maraqlı olsun. Bu problem region ölkələri vasitəsilə həll olunmalıdır”.(apa)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button