AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Müctəhid Şəbüstəri: Azərbaycan hakimiyyəti lazımi tədbirlər həyata keçirməklə Netanyahunun səfərinin qarşısını alsın

“Azərbaycan Respublikası müsəlman ölkəsidir və İsrail İslam dünyasının çox sərt düşmənidir. Ona görə də Azərbaycan Respublikası hakimiyyətindən gözləntimiz budur ki, lazımi tədbirlər həyata keçirməklə bu səfərin qaşısını alsın və dünya müsəlmanlarının hislərinin yaralanmasına imkan verməsin”.
Qafqaz.ir- Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəliyinin ofisinin məlumat bürosunun verdiyi xəbərə görə bu həftə Təbriz şəhərində keçirilən cümə namazının xütbələrində həzrət Ayətullah Müctəhid Şəbüstəri Təbriz-Məşhəd qatarı hadisəsi nəticəsində dünyasını dəyişənlərin ailələlərinə və yaxınlarına başsağlığı verərək, onlarla həmdərd olduğunu bildirib. Xətib deyib: “Dövlət və ölkənin icra aparatları bu hadisə barədə xalqa qaneedici açıqlama verməlidir”.
Ali Məqamlı Rəhbər İmam Xameneinin nümayəndəsi vurğulayıb: “Mövqetanımaq və təhlükəsizlik üçün dəqiq hesablamalar mümkün olduğu bir vaxtda qatar toqquşması ola bilməz. Bu hadisə baş verməməli idi. 93-cü ilin şəhrivər ayının əvvəlində (2014-cü il sentyabr ayı) Tehran-Məşhəd qatarının Şahrud dayanacağında yük qatarı ilə toqquşmasından sonra qatar yolunun icraçı müdiri qatarların təhlükəsizliyinin təmin edilməsi və sürətə yüksək nəzarət edilməsi məqsədilə ağıllı və avtomatik sistemlərin işə salındığını xəbər vermişdi. Ancaq Semnan və Damağan arasında Həftxan məntəqəsində baş verən hadisə göstərdi ki, bu sözlər iddiadan başqa bir şey deyil”.
Təbrizin imam cüməsi xütbəsinin davamında deyib: “Bu mövzu çox önəmlidir və dörd nəfərin həbs edilməsi ilə iş bitməməlidir. İslami Şura Məclisi, Ali Məhkəmə və dövlət aparatı bu məsələyə ciddi yanaşmalı, hadisənin səbəbkarlarını tanımalı, onları qanuna uyğun olaraq cəzalandırmalıdır”.
Rəhbərlik Ekspertlər Məclisinin nümayəndəsi Amerika Senatının İrana qarşı sanksiyaların uzadılması barədə qanun qəbul etməsinə də münasibət bildirərək deyib: “Amerikanın sanksiyaları uzatması nüvə razılaşmasını aşkar şəkildə pozmaqdır. Amerika dövləti bilməlidir ki, nüvə razılaşması pozulduğu və sanksiyaların müddəti uzadılacağı surətdə İran İslam Respublikasının qabaqcadan hazırladığı texniki tədbir paketi sərt cavab olaraq sürətlə həyata keçəcək”.
Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının sədri Ali Məqamlı Rəhbərin yüksək maaşlar haqqında son çıxışlarına toxunaraq deyib: “Ümidvarıq ki, bu işi araşdıran məsul şəxslər tezliklə yüksək maaşlar barədəki məsələyə aydınlıq gətirəcək və qaneedici cavab verəcəklər. Bu həm İnqilabın Böyük Rəhbərinin, həm də xalqın tələbidir”.
Həzrət Ayətullah Müctəhid Şəbüstəri İsrailin baş naziri Netanyahunun gələn həftə Azərbaycan Respublikasına gözlənilən səfərinə də toxunaraq deyib: “Azərbaycan Respublikası müsəlman ölkəsidir və İsrail İslam dünyasının çox sərt düşmənidir. Ona görə də Azərbaycan Respublikası hakimiyyətindən gözləntimiz budur ki, lazımi tədbirlər həyata keçirməklə bu səfərin qaşısını alsın və dünya müsəlmanlarının hislərinin yaralanmasına imkan verməsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button