AktualAktualArxivQarabağXəbər lentiXəbərlər

Ayətullah Imam Xamenei: Ermənistan Azərbaycan Respublikasının işğal etdiyi ərazilərini azad etməlidir

Ermənistan Azərbaycan Respublikasının işğal etdiyi ərazilərini azad etməlidir.

Qafqaz.ir  İran televiziyasına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu münasibətilə etdiyi çıxışda Qarabağda gedən döyüşlər haqqında danışarkən deyib.

“Qonşu ölkəmiz olan Azərbaycan Respublikası və Ermənistan arasında müharibənin baş verməsi acı bir hadisədir. Bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və gərək ən yaxın zamanda sona çatsın. Əlbətdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır.Bu müharibənin sonlanmasının əsas şərti Azərbaycan torpaqlarının özünə qaytarılmasıdır. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikadının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır.”

Ali Rəhbər həmçinin Azərbaycan ərazisində (Dağlıq Qarabağda) yaşayan ermənilərin də təhlükəsizliyinin təmin olunmasına işarə edərək buyurub: “orada yaşayn ermənilərin əmniyyəti təmin olunmalı, bundan əlavə heç bir tərəf ölkələrin beynəlxalq sərhədlərinə təcavüz etməməlidir.”

Ayətullah Xamenei bildirib ki, İran sərhədləri yaxınlığında terrorçuların yerləşdirilməsi yolverilməzdir, bu haqda inkar olunsa da belə məlumatlar çatmaqdadır və əgər belədirsə onlar İran sərhədlərinə yaxınlaşmamalıdır, onlar sərhəddə yaxınlaşsalar onlara qarşı qətiyyətli ölçü götürüləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button