ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran Xəzər dənizində neft-qaz yataqlarının kəşfi sahəsində əməkdaşlıq edəcək

İranın Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb.

KİV-lərdə yayılan xəbərə görə, əməkdaşlıq Xəzər dənizində neft və qaz yataqlarının kəşfinə və genişləndirilməsinə əsaslanacaq.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə İran və Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın genişlənə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu əlaqələr gələcəkdə ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verəcək.

İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) nümayəndə heyəti SOCAR rəsmiləri ilə görüş keçirib. KEPCO-nun kəşfiyyat işləri üzrə direktoru Yusif Etemadi (Yousef Etemadi) görüş çərçivəsində iranlı mütəxəssislərin azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq texniki və texnoloji prosedurlarla tanış olduqlarını qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button