AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili Qədr gecəsində: İlahi, Qarabağı ermənilərin nəhs vücudundan təmizlə+Foto

Qədr gecələrinə məxsus mərasimlər möminlərin iştirakı ilə Ərdəbilin böyük Müsəllasında keçirildi.
Qafqaz Mədəniyyət Mərkəzi – Qədr gecəsinə aid mərasim məğrib və işa namazlarının Ayətullah Amilinin imamlığı ilə qılındıqdan sonra gecənin ilk saatlarından başladı və sübhə kimi davam etdi.
Çoxlu əhali kütləsinin iştirakı ilə keçirilən mərasimdə hətta Müsəllanın ətrafındakı küçə və prospektlər də izdihamlı idi. Mərasimdə çıxış edən həzrət Ayətullah Seyid Həsən Amili çıxışı arasında Qarabağ torpağının ermənilər tərəfindən işğal edilməsinə də toxundu və Qarabağın ermənilərin nəhs vücudundan təmislənməsi üçün dua etdi.
Ayətullah, mərasimin davamında Azərbaycan Respublikasında hicab məhdudiyyətinə etiraz etdiklərinə görə həbs edilmiş alimlərin və dindarların da tezliklə azad olmasını Allahdan istədi.
Qeyd edək ki, Qədr gecələri münasibətilə Azərabaycan Respublikasından gəlmiş çoxlu qonaqlar bu mərasimdə və cümə namazında iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button