ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycandakı mövcud potensiallardan istifadənin zəruriliyi vurğulanıb

İslam dünyasının vəhdətinin gücləndirilməsi islam ölkələrinin ərazi bütövlüyünün qorunması və əcnəbilərin müdaxilələrinə mane olmaqla nəticələnəcək.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycandakı mövcud fürsət və potensiallardan faydalanmağın vacibliyini vurğulayaraq Tehran-Bakı əməkdaşlıqları münasibətlərinin hərtərəfli inkişafı və ikitərəfli anlaşmaların icrasının sürətləndirilməsi istiqamətində səylərin göstərilməsini qeyd edib.

Bakıda İslam Həmrəyliyi yekun iclasının uğurla təşkil olunmasını alqışlayıb və deyib: İran və Azərbaycan əlaqələri iki ölkə dövləti və prezidentlərinin iradəsi və dəstəyi ilə hazırda inkişaf yolunda irəliləyir və regional münasibətlərdə çoxlu müsbət təsirləri vardır.

İran Prezident Aparatının rəhbəri İran, Türkiyə və Azərbaycanın üçtərəfli iqtisadi əməkdaşlıqları, ticarət dövriyyələrində milli valyutalardan istifadənin olunması kənarında bu əməkdaşlıqların irəlilədilməsində özəl sektorun iştirakını önəmli adlandırıb və xatırladıb: İqtisadi və ticarət əməkdaşlıqlarını genişləndirməklə ikitərəfli iqtisadi, mədəni, siyasi və ictimai əlaqələr və münasibətlərdə sıçrayışın şahidi olmalıyıq.

İran və Azərbaycanın bank münasibətlərinin gücləndirilməsi və Xəzər dənizində neft əməkdaşlıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayan Vaizi Astara-Astara dəmiryolu kimi birgə layihələrin reallaşması istiqamətində səylərin göstərilməsinə təkid edib.

İran Prezident Aparatının rəhbəri hazırda regionun çox həssas şəhraitdə olduğunu və region xalqlarının terrorizm və radikallıqla mübarizədəki səylərinin öz bəhrəsini verdiyini bildirərək deyib: Müdafiə, hərbi və təhlükəsizlik əməkdaşlıqlarını inkişaf etdirməklə terrorizm virusunun başqa ölkələrə sirayət etməsinə mane olmalıyıq.

Yəmənin ağır durumu və bu ölkədəki insan böhranının vəziyyətinə toxunan Vaizi deyib: Bütün ölkələr Yəməndə qarşıdurma və qırğına son qoymaq istiqamətində çalışmalıdırlar.

İran Prezident Aparatının rəhbəri ABŞ prezidentinin bu ölkə səfirliyinin Qüds-Şərifə köçürülməsi ilə bağlı yanlış qərarına da münasibət bildirib: Bu hərəkət birliyin gücləndirilməsi üçün islam ölkələri və xaqları arasında stimula səbəb oldu və islam ölkələrinin ərazi bütövlüyünün qorunması və əcnəbilərin müdaxilələrinə mane olmaqla nəticələnəcək.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bu görüşdə İran İslam Respublikasının İslam Həmrəyliyi İli proqramlarında aktiv iştirakını alqışlayaraq deyib: Hazırda İran İslam Respublikası və Azərbaycan Respublikasının bir çox regional və beynəlxalq məsələlərdə birgə mövqeyi və baxışı vardır və islam həmrəyli və birliyin gücləndirilməsi üçün çalışırlar.

Azərbaycan Respublikası prezidenti deyib: Hazırkı şəraitdə islam ölkələri, xüsusilə də İran və Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıqları genişləndirməklə öz münasibətlərini gücləndirməlidirlər.

İran tərəfindən Azərbaycanda avtomobilqayırma və əczaçılıq zavodlarının tikilməsi, Astara-Astara dəmiryolunun çəkilməsi kimi iki ölkənin birgə layihələrinin icrasının sürətləndirilməsi və Şimal-Cənub Dəhlizinin yaradılması istiqamətində əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyini qeyd edən prezident İlham Əliyev deyib: İki ölkənin ticarət mübadiələri və əməkdaşlıqlarının milli valyutalardan istifadə ilə həyata keçirilməsinə çalışmalıyıq. Bu istiqamətdə Azərbaycan Respublikasında lazımi göstərişlər verilmişdir və biz iranla hərtərəfli əməkdaşlıq və əlaqələri inkişaf etdirməkdə ciddiyik.

Azərbaycan Respublikası prezidenti regionda terrorizmlə mübarizədə İran İslam Respublikasının rolunu alqışlayaraq Tehran-Bakının informasiya, təhlükəsizlik və müdafiə əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button