AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Dinlərin və millətlərin idarə edilməsi Peğəmbəri-əkrəmin (s) böyük məharətidir

Ərdəbilin imam cüməsi deyib: “Vəhabilər və İslamın düşmənləri təfriqə yaratmaqla müsəlman ümmətini parçalamağa cəhd edirlər”.

Bu günləri Ərdəbildə Qafqaz Universitetləri Birliyinin təşəbbüsü ilə simpozium keçirilib. Simpoziumda çıxış edən Ayətullah Seyid Həsən Amili deyib: “İslam dünyası ixtilaf və parçalanma odunda yanır. Bu ixtilafın aradan qalxması üçün həqiqi mənada elmi qaynaqlara müraciət olunmalıdır ki, hər kəs dini öz xeyrinə izah etməsin, çoxlu sayda fiqh, irfan və kəlam yaranmasın”.

Ayətullah Amili çıxışının davamında deyib: “Bəziləri öz məqsədlərinə çatmaq üçün İslam dinini müxtəlif metodlarla izah edirlər və bununla müsəlmanlar arasında təfriqə yaradırlar. Düzgün yolu ayırd etmək üçün Peyğəmbəri-əkrəmin (s) və Əhli-beytin (ə) sünnəsinə və davranışına diqqət etməliyik”.

Xarici ixtilafların və daxili ixtilafların aradan qalxması üçün İslamın yolunu izah edən Ayətullah Amili deyib: “Əhli-beyt (ə) sözün əsil mənasında həqiqi yolu bizə göstəriblər və biz Peyğəmbərin (s) və Əhli-beytin (ə) sünnə və yolundan istifadə etməklə İslam dünyasındakı ixtilaf və parçalanmanın qarşısını ala bilərik”.

Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi əlavə edib: “Müsəlmanlar arasında ortaq olan bir mövzu fitnələrə son qoya və ixtilafları aradan qaldıra bilər. Peyğəmbərin (s) və Əhli-beytin (ə) sünnə və davranışına diqqət etməklə dünyanın bütün müsəlmanları onların həyatından qardaşlıq və şirklə mübarizənin düzgün yolunu öyrənə bilər”.

“Həmçinin İslam məktəbinin elmi qaynaqlarına müraciət etməklə problemlərə qalib gəlmək olar”-deyə Ərdəbilin imam cüməsi vurğulayıb.

Ayətullah Amili Əhli-beytin (ə) davranışlarının bəzi ölçülərinə toxunaraq deyib: “Birinci mərhələdə bu prinsipə diqqət etməliyik ki, insanın ürəyi xüsusi ərazidir və heç kəsin oraya daxil olmağa, ora baş vurmağa haqqı yoxdur. Halbuki, bəziləri heyvani əxlaqla insanların ürəyinə daxil olmuş və ona hökm edir”.

Peyğəmbərin (s) sünnəsində ikrah və məcburiyyətin qadağan olunduğunu xatırladan Ayətullah Amili əlavə edib: “Heç kəsin haqqı yoxdur ki, birini qılınc, yaxud digər silah gücünə dindar olmağa məcbur etsin. İslam məktəbində və Peyğəmbərin (s) sünnəsində başqalarını mükəlləf etmək icazəli deyil”.

O artırıb: “Bu günləri vəhabilik din adı altında Peyğəmbərin (s) sünnəsinin əksinə əməl edir, bidət xatirinə baş kəsir, insanları öldürmək üçün şəri hökm çıxarır. Halbuki, İslam dinində ikrah və məcburiyyət yoxdur”.

Şəhadəteyni deyən azad insanı öldürməyin İslam məktəbində qadağan olduğunu bir daha vurğulayan Ayətullah Amili deyib: “Peyğəmbər (s) müharibə istəmirdi, üstəlik,heç vaxt cihadda ilk olaraq qılınca əl atmadı. O, insanları sülhə, asudəliyə, özbaşınalıqdan çəkniməyə dəvət edirdi. Peyğəmbər (s) heç kəsi təkfir etmirdi, münafiq olsa belə heç bir namazqılanın qətlinə fərman vermirdi. Peyğəmbər (s) günahsız insanları müharibə meydanından uzaqlaşdırıb onları təhlükəsiz yerlərə çatdırmağa, onlara İslamın mesajını yetirməyə çalışırdı. Bütün bunları beynəlxalq təşkilatların qapılarının başına yazmaq lazımdır”.

Vəliyyi-Fəqihin nümayəndəsi daha sonra deyib: “Təəssüf olsun ki, bu günləri Peyğəmbərin (s) və Əhli-beytin (ə) belə dəyərli mirasınıvəhabillik kimi radikal qruplar təhlükəyə salıblar”.

Onun sözlərinə görə İslam təfəkküründə, Peyğəmbər (s) vahid ailə yaratmaq istəyində olub və dünyanın bütün insanlarını böyük ilahi ailə hesab edib. Allaha ən yaxın şəxs bu ailədə ən çox xidmət edən kəsdir.

Ərdəbil əyaləti əhalisinin Ekspertlər Məclisində nümayəndəsi deyib: “Peyğəmbər (s) heç vaxt əhli-kitabla müharibə etmədi, bütün dinlərə hörmət qoyaraq İslam mədəniyyəti çərçivəsində ortaqlıqlara dəyər və əhəmiyyət verməyə çalışdı”.

O deyib: “Lakin Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq bu günləri İslam dünyası nifaq, parçalanma və rəhimsiz qətliamlar odunda yanır, vəhabi və İŞİD kimi ekstremis qruplar etiqadına və şiə olduğuna görə yüzlərlə insanın canını alır”.

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi İslam dininin əsaslarının Quran və ağıl üzərində olmasını bir daha diqqətə çatdıraraq deyib: “Mütəal Allah-Qurani kərimin bir çox ayələrində Peyğəmbərə (s) və müsəlmanlara xitab edərək elan etmişdir ki, dini dəlil üzündən qəbul etmək zorakılıq üzündən qəbul etməkdən daha yaxşıdır”.

SB8A5175 SB8A5178 SB8A5181 SB8A5184 SB8A5185 SB8A5186

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button