ArxivFilm​mədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan səfiri İran şirkətlərini Qarabağa sərmayə yatırmağa çağırıb +VİDEO

Əli Əlizadə İran İslam Respublikası Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşdə İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa dəvət edib. Bu barədə Azərbaycanın İrandakı Səfirliyi tvitter səhifəsində məlumat yayıb. Əli Əlizadə iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

COVID-19 pandemiyası dövründə Azərbaycan sərhədlərin İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə, 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artdığını qeyd edib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.

Səfir sonra Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, qonşu ölkənin yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu nəzərə çatdırıb.

O həmçinin 44 gün davam edən Vətən müharibəsi zamanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.

Qeyd edək ki, Azərbaycanın səfiri ötən gün həmçinin İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb. Bu görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılması haqqında iki ölkə arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrası müzakirə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button