ArxivFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Azərbaycana səfər edib +VİDEO

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri İzzətullah Zərğami Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransında iştirak etmək üçün Azərbaycana gedib.
“Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda təşkil olunacaq üçgünlük tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə turizm sektorunun inkişafının yol xəritəsi, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin beynəlxalq turizmin inkişafına təsiri məsələləri müzakirə olunacaq.

Zərğami İslam ölkələrinin yüksək turizm imkanlarına toxunaraq, deyib: “Dini və ziyarət turizmi bizim ölkəmizin müqayisəli üstünlüklərindən biri sayılır və məqsədimiz İslam ölkələri arasında turizm əlaqələrini gücləndirmək və asanlaşdırmaqdır”.

O, əlavə edib: “Biz İslam ölkələri olmaqdan yararlanmalı və üzv ölkələr arasında turizm fəaliyyətini mümkün qədər artırmalıyıq”.

Zərğaminin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransı çərçivəsində İƏT-in baş katibi və bu ölkələrin bəzi turizm nazirləri ilə görüşdən əlavə, Azərbaycan Respublikasında turizm sahəsində çalışan özəl sektor fəalları ilə işgüzar görüşü də planlaşdırılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button