AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycan dövlətinin məhbus din alimlərini azad edəcəyinə ümidvarıq

Ərdəbilin imam cüməsi həzrət imam Musəbni Cəfərin(ə) şəhadətinə işarə edərək, Azərbaycanda zindana salınmış alimlərə görə təəssüf hissi keçirdiyini bildirib və dötlətin tezliklə onları azadlığa buraxacağına ümidvar olduğunu deyib.

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində həzrət Musəbni Cəfərin (ə) şəhadətinə işarə edərək, bu günü “Azərbaycan Respublikasının siyasi məhbusları ilə həmrəylik günü” adlandıraraq deyib:  “Təəssüflər olsun ki, bu ölkədə böyük şəxsiyyətlər əsassız və saxta ittihamlarla 12-14 il azadlıqdan məhrum edilərək zindana salınıblar və bu həbslər hələ də davam edir”.

Ayətullah Amili daha sonra deyib: “Mən dövlət səlahiyyətlisi kimi deyil, bir din alimi kimi yaxşılığa dəvət və pislikdən çəkindirməyi özümə vəzifə bilirəm. Hətta əgər bizdən çox uzaq bir məntəqədə hansısa hadisə baş verirsə, yenə biz bu ilahi vəzifəni yerinə yetirməliyik. Necə ki, amerikalı keşişin Qurani yandırması hadisəsində Azərbaycan prezidentinin həyat yoldaşı xanım Mehriban Əliyeva bu işi məhkum etdi və biz Mehriban xanımın keşişin bu işini məhkum etməsini alqışladıq. Çünki bu məsələ göstərir ki, dinə xatir hər yerdə müdaxilə etmək və nəzər bildirmək olar”.

Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri xütbəsinin digər hissədində əlavə edib: “Tarix sübut etmişdir ki, hər hansı bir hökumət rəhbəri din alimini və İmam Zaman (əc) tələbəsini zindana salıbsa, Allahın qəzəbinə düçar olmuşdur və işi məğlubiyyətlə sonlanmışdır. İmam Musa Kazim (ə) Harun ər-Rəşidə belə sifariş göndərdi: Sənin zindanında mənə ötən hər gün qədər sən Allahın qəzəb və əzabına yaxınlaşırsan”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button