ArxivSONXƏBƏRLƏRXəbər lenti

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı həbs edilib

Fevralın 19-da Masallı Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elvin Bayramovu 8 gün inzibati həbsə məhkum edib.

“Bizi məhkəmə zalına buraxmadıqları üçün Elvinin nədə ittiham olunduğunu, hətta vəkilinin kim olduğunu bilmirik,” fəalın qardaşı bildirib.

Daxilİ İşlər Nazriliyinin (DİN) mətbuat xidməti bildirib ki, vətəndaşın saxlanılmasında heç bir siyasi motiv yoxdur.

“Elvin Bəhramov sərxoş vəziyyətdə karantin rejimini pozub və saxlanarkən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib. Masallı Rayon Polis Şöbəsində barəsində toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən 8 sutka inzibati həbs qərarı tətbiq edilib. Onun sərxoş vəziyyətdə olması ilə bağlı ekspertiza rəyi var,” mətbuat xidməti qeyd edir.

AXCP bildirir ki, Elvin Bayramovun həbsi sosial şəbəkələrdə tənqidi statusları ilə bağlıdır.

“Polis əməkdaşları AXCP Masallı şöbəsinin fəalı Elvin Bəhramovun evinə gələrək, rəisin onunla görüşmək istədiyini və onlarla birlikdə getməli olduğunu deyiblər. Bu hal son bir ayda artıq ikinci dəfədir baş verib. Bundan əvvəl də polislər fəalın evinə gələrək onu polis rəisinin qəbuluna aparıb və rəis ona sosial şəbəkədə yazılarının çox tənqidi olduğuna dair xəbərdarlıq edib,” AXCP-nin məlumatında deyilir.

Koronavirus pandemiyasi ilə əlaqədar aprelin 1-dək Azərbaycanda karantin rejimi davam edəcək.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button