ArxivXəbər lentiXəbərlər

İsrail parlamentinin sədrinin müavini heyətlə erməni soyqırımını andı Foto

İsrail Qarabağda döyüşlər getdiyi bir vaxtda kimin yanında olduğunu bir daha sübut etdi

İslamazeri.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, İsrail parlamentinin sədr müavini Tali Ploskov rəhbərlik etdiyi israilli deputatların təmsil olduğu nümayəndə heyətilə Yerevandakı qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək, qarşısında sayğı duruşunda durublar.

Nümayəndə heyəti bundan başqa əklillərilə erməni millətinə olan yaxınlıqlarını bir daha sübut ediblər.

İsrail parlamenti – Knessetin digər deputatı David Bitan da, Tali Ploskovla birlikdə bu qondarma soyqırım abidəsini ziyarət edib.

Onlara Ermənistan-İsrail parlamentlər arası dostluq qrupunun rəhbəri Artak Zakaryan müşaiyət edib.

3 apreldə reallaşan bu “qardaşlıq ziyarəti” erməni mediasında geniş işqlandırılıb və Qarabağda gedən döyüşlərlə eyni vaxtda İsrail parlamentinin üzvlərinin bu ziyarəti qardaş ölkənin dəstəyi kimi qiymətləndirilib.

Qeyd edək ki, cəbhədəki son vəziyyətlə bağlı İsrail mediası ermənipərəst xəbərləri ilə erməni qardaşlarına yaxınlığını əyani sübut edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button