ArxivXəbər lentiXəbərlər

Auditorlar Palatası siyasi partiyalara müraciət edib

Azərbaycan Auditorlar Palatası bir sıra kommersiya və qeyri-kommersiya qurumlarına, o cümlədən siyasi partiyalara 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının hazırlanması ilə bağlı çağırış edib.

Palata ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında siyasi partiyaları fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərin istifadə etməyə çağırır.

Auditorlar Palatası bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və müvafiq dəstək göstərməyə hazır olduğunu bəyan edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, siyasi partiyalar 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi təsdiq etməlidir.

Qeyd edək ki, qanunvericilikdə tələb olunan qaydada auditdən keçməməyə görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (vəzifəli şəxslər 3 yüz manatdan 6 yüz manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min beş yüz manatadək məbləğdə cərimə edilir) inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button