ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir

Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb. Onun sözlərinə görə, ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər.
Sputnik. “Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı xəbər aldım. Mən dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm”.
Bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb: “ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun. İki ölkə arasında sülh vacibdir, hər iki ölkə sülhə layiqdir”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button