ArxivIslamXəbər lentiXəbərlər

Aşura günündə İmamla birgə şəhid olan yeganə qadın

Aşura günündə özünü, həyat yoldaşı və oğlunu İmama qurban verən qadın
İslaminSesi – Ümmu-Vəhəb bint Əbd Kərbəlada Aşura günü şəhid olan yeganə qadındır. O həmin faciədə əri Vəhəb ibni Abdullah Kəlbi və oğlu ilə birgə şəhid oldular.

Məqtəl yazarları və bəzi tarixçilər yazır ki Aşura günündə döyüş meydanına 3 qadın yollanmışdı. Onlar Ümmu Vəhəbdən əlavə Bəhriyyə bint Məsud Xəzrəci və Cunadənin həyat yoldaşları idilər. Amma İmam qadınların döyüşə getməsinə icazə verməmişdi. İmam qadınların döyüş meydanından çıxmasını əmr etmişdi.

Amma Qasit qəbiləsindən olan şücaətli qadın Ümmu-Vəhəb həyat yoldaşının döyüşə getməyinə dözə bilməyib özü də ona qoşulmuşdu. Vəhəb ibni Abdullah Ümmu Vəhəbin geri qayıtmasına çox təkid edirdi, amma o “Səni buraxmayacağam, səninlər birgə öləcəyəm” deyirdi.

Ümmu-Vəhəb İmamın əmri ilə qayıtmışdı. Amma ərinin döyüş meydanında şəhid olmasını görəndə dözə bilmədi. Ərinin nəşi üstə duranda Şimr ibni Zil-Couşənin əmri ilə Rüstəm adlı bir döyüşçü qadının başından vurdu.

O ərinin şəhadətindən sonra şəhadətə qovuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button