ArxivXəbər lentiXəbərlər

Andiçmə yeri bəlli oldu

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili dekabrın 16-da and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Novator.az-ın məlumatına görə, dekabrın 5-də Salome Zurabişvili andiçmə mərasiminin Telavi şəhərində keçiriləcəyini bəyan edib. O, mərasimə Gürcüstanla diplomatik münasibətləri olan bütün ölkələrdən rəsmilərin dəvət olunacağını vurğulayıb.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi Salome Zurabişvili noyabrın 28-də prezident seçkisinin ikinci turunda 59,5 faizlə dövlət başçısı seçilib.
1952-ci ildə Fransa paytaxtında, gürcü mühacirlərin ailəsində anadan olan Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-cü ildən bu ölkənin xarici işlər naziri olub.
2005-ci ildə nazir postundan gedən Salome Zurabişvili bir müddət ictimai hərəkat, sonra partiya lideri olub, 2016-cı ildə parlamentin deputatı seçilib.
Salome Zurabişvili Gürcüstanın ilk qadın prezidentidir. 2013-cü ildən dövlət başçısı postunu Georgi Margvelaşvili tutur. Əvvəllər Zviad Qamsaxurdiya (1991-1992), Eduard Şevardnadze (1995-2003) və Mixail Saakaşvili (2004-2013) prezident olublar.
Gürcüstanda 6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button