ArxivIslamSosialXəbər lentiXəbərlər

Anası: “Abbas Hüseyn mütəmadi “kars”a salınır, ona işgəncə verilir”

  • Nardaranda keçirilən əməliyyatda saxlanılan və 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynin saxlanıldığı həbsxanada təzyiqlə üzləşdiyi bildirilir. 

Onun anası Rəhimə Hüseynovanın verdiyi məlumata görə, bunun əsas səbəbi A. Hüseynin ötən ilin sentyabrında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna ilə görüşməsidir:

Gəlib Abbasın qaldığı yeri dağıdırlar, sonra videoya çəkib deyirlər ki, bunları Abbas edib. Ondan sonra da onu “kars”a salırlar”.

Nə baş verib: Abbas Hüseyn bundan əvvəl də bir neçə dəfə “kars”a salınıb. Onun ailə üzvləri bildirib ki, koronavirusla əlaqədar məhbuslara sovqat gətirilməsinə etiraz olaraq aclıq aksiyası edib və ona görə də dəfələrlə təzyiqlə üzləşib.

Abbas Hüseyn kimdir: A.Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Torhildur Sunna kimdir: Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisidir və bu vəzifəyə 2018-ci il iyunun 26-da təyin olunub. 2019-cu ilin iyununda Azərbaycana səfər etmək istəsə də hökumət bunu bayram günləri ilə əlaqədar əlverişsiz hesab edib.

Məruzəçinin Azərbaycana ilk və hələ ki, yeganə səfəri 2019-cu ilin sentyabrında baş tutub. Bu səfər çərçivəsində o, hüquq müdafiəçiləri və siyasi məhbuslarla görüşüb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button