ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Anar Eyvazov: “Qarabağda sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayıb”
![](https://qafqaz.ir/az/wp-content/uploads/2024/05/0207-780x404.png)
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi prosesinin yaxın vaxtlarda yekunlaşacağı bildirilir.
Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi Anar Eyvazov jurnalistlərə deyib.
“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində uğurla başa çatdırılıb”, – deyə Anar Eyvazov qeyd edib.
Onun sözlərinə görə, sülhməramlıların Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb:
“Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətə başlayıb. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu anti-terror tədbirlərindən sonra artıq bu missiyanın da fəaliyyətinə ehtiyac qalmadı”.
![](https://www.meydan.tv/wp-content/uploads/screenshot_1-41.png)