ArxivIslamXəbər lentiXəbərlər

“Amerikanın ayağı Qərbi Asiyadan kəsilməlidir – Buranın sakinləri bizik” – Ayətullah Xamenei

“Amerika ayağını qoyduğu yerdə təhlükə yaradır və xalqa bədbəxtlik gətirir. Buna görədir ki, Amerikanın ayağı gərək Asiyanın qərbindən kəsilsin və bu bölgədən getsin. Ayağı kəsilməli olan və qovulmalı olan Amerikadır biz deyilik. Buranın sakini bizik. Fars Körfəzi bizim evimizdir”

Qafqaz.ir– Bu fikirləri İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün Tehranda iranlı fəhlələr qarşısında çıxış edərkən Ayətullah Xamenei bildirib ki ölkələrinə qarşı həyata keçirilən ədavətin əməliyyat otağı ABŞ-ın Xəzinədarlıq Departamentidir.

Ölkədə iqtisadiyyatın dirçəlməsi üçün yeganə yolun daxili işçi qüvvəsinə və daxili istehsal gücünə arxalanmağın olduğunu bildirən Ali lider xariclə də əlaqələrin qaçılmaz olduğunu bildirib.

Ayətullah Xamenei Amerikanın bölgədəki müttəfiqlərinin hansı şəkildə aldadılmasından da söz açıb.

O bəyan edib ki, “bəzi bölgə ölkələri Amerikaya nümayəndəlik edərək, bizimlə düşmənçiliyinə qalxırlar, lakin bizə təcavüz etsələr ağır zərbə alacaq və məğlub olacaqlar” deyə Ali lider xəbərdarlıq edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button