AktualAktualArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Amerikalı konqresmen Qarabağın müstəqilliyinin rəsmi tanınması ilə bağlı qətnamə hazırlayıb

Amerika Konqresinin nümayəndəsi Qreys Napulitan qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qətnaməni Nümayəndələr Palatasının sədrinə göndərib.

Qafqaz Həqiqətləri “Ovqat.com”-a istinadla xəbər verir ki, bu haqda məlumat amerikalı konqresmenin Tvitter səhifəsində paylaşılıb.

Napulitan Tvitter səhifəsində yazıb: “İrəli gedən yol, azadlıq yoludur. Ona görə də bugün ABŞ-ı Artsax Respublikasının (qondarma Qarabağ Respublikası) müstəqilliyini rəsmi olaraq tanımağa çağırıram.”

Sayt bildirib ki, Azərbaycan ordusu cəbhədə zəfər qazandıqca İrəvan öz məğlubiyyətinin əvəzini diplomatik sahədə kompensasiya etməyə çalışır. Təsadüfi deyil ki, müharibə başlayandan indiyədək Ermənistan Baş nazirinin döymədiyi qapı, zəng etmədiyi ölkə başçısı qalmayıb. ABŞ-dakı erməni lobbisi də boş dayanmayıb. Lobbinin təşkil etdiyi çoxsaylı mitinqlərdə Vaşinqtonun bu müharibəni dayandırması və Dağlıq Qarabağı tanıması tələb olunur. Bununla belə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və BMT TŞ-nın qətnamələrinə uyğun olaraq Ermənistan işğal edilmiş Qarabağ ərazisini tərk etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button