ArxivXəbər lentiXəbərlər

Amerikalı idmançılar yarışdan kənarlaşdırıldı – İran istədiyini etdi

Qərara əsasən, amerikalı idmançılar Kirmanşah şəhərində fevralın 16-17-də baş tutacaq Sərbəst Güləş üzrə Dünya Çempionatına buraxılmayacaq.
Beynəlxalq Güləş Federasiyaları Birliyi Tehran hökumətinin amerikalı idmançıların İranda keçiriləcək dünya çempionatından uzaqlaşdırılması ilə bağlı istəyinə müsbət cavab verib.
Bununla bağlı birliyin rəsmi saytında məlumat yerləşdirilib:
“Beynəlxalq Güləş Federasiyaları Birliyi olaraq, İran Xarici İşlər Nazirliyinin fərqli qərar verəcəyini düşünürdük. Buna baxmayaraq, İranın verdiyi qərara hörmət edirik. Qısa müddətə yarışın gedişatında dəyişikliyin edilməsinə çalışacağıq. Ümid edirik ki, yaxın vaxtlarda iranlı və amerikalı güləşçilərin qarşılaşmalarını yenə izləyə biləcəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button