ArxivIslamXəbər lentiXəbərlər

Allah yolunda verdiyin QURBAN mübarək olsun, Hacı Arzu!!!

“Truth NGO” xəbəır verir ki, bu günlərdə şərlənərək həbs olunan Qum Elmi Hövzəsinin tələbəsi Şamxal Eyvazovun atası Hacı Arzu Eyvazov oğlunun həbsi ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Müraciətdə o xahiş edib ki, oğlu ilə bağlı Azərbaycan xalqının ona – səbrli olmağı deyil, “MÜBARƏK OLSUN!” deməsini xahiş edib.

Mətnin tam hissəsini oxucuların diqqətinə çatdırırıq:

“Əziz Qardaş və Bacılardan acizanə xahişim var. Sözün həqiqi mənasında mömin oğlum ŞAMXAL (biz ona uşaqlıqdan Məhəmməd demişik) şərlənərək tutulub. Mənə səbrli ol yox, MÜBARƏK OLSUN DEYİN! Allah yolunda əziyyət hamıya nəsib olmur. Mömini narkotika ilə şərləyən qansız onu öldürə də bilər. Şəhadət xəbəri də gəlsə MÜBARƏK OLSUN söyləyin. Əzizsiz, sizin varlığınız Allahın böyük lütfüdür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button