ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Aliməqamlı Rəhbərin müraciəti ilə 29-cu Ümumi Namaz Konfransı başlayıb

 yeni sessiyasında “Namaz, Məktəb, Universitet, Ailə və Gələcək Müəllimlər” şüarını daşıyan bu konfrans prezident Seyid İbrahim Rəisinin və bir qrup dini və mədəniyyət işləri üzrə məsul şəxslərin, xüsusən də namaz komitəsinin rəhbəri Həccətül-İslam Möhsün Qiraətinin iştirakı ilə və İslam İnqilabının Aliməqamlı Rəhbərinin açılış müraciətinin oxunması ilə işə başlayıb.
Həzrət Ayətullahül-üzma Xameneinin müraciətində belə deyilir:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Cənabi Peyğəmbərimiz Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusən də Allahın yer üzündə qalanına salavat və salam olsun!.
“Bu mübarək konfransın iki illik fasilədən sonra keçirilməsi sevindiricidir, inşallah, bərəkət də gətirər.
Namazın dəyərini göstərmək və bu mübarək dini fərizənii ehtiramla yerinə yetirmək üçün edilən hər hansı bir intellektual, əməli cəhd insanların qəlblərini işıqlandırmaq yolunda bir addımdır və onların həyatına hərarət gətirəcəkdir.
Namazda tam təcəlli olan Allahı zikr etmək qəlbi və ruhu azad edir, həm də cəmiyyəti zənginləşdirir. xoşbəxt və firavan bir cəmiyyətdə dostluq, bağışlanma, mehribanlıq, həmrəylik, rəğbət, yardımsevərlik, xeyirxahlıq və bu kimi həyati əlaqələr namazın təbliği və bərqərar olması ilə güclənir.
Qrup namazlarında [ibadət edənlərin] cərgələri bir-biri ilə əlaqəli ictimai fəaliyyət cərgələri yaradır. Məscidlərdəki isti, həvəsli mərkəzlər cəmiyyətdə əməkdaşlıq üçün birliklər yetişdirir.
Namaz Allahın hüzurunu nəzərə alaraq qılınan zaman insanın həyatının bütün sahələrini işıqlandırır, həm insanın, həm də cəmiyyətin dünya və axirətini abadlaşdırır.
Namaz qılan insan – kim olursa olsun, harda olur-olsun – öz fərdi imkanlarına uyğun olaraq namazdan bəhrələnir, lakin eyni zamanda, yeniyetmə və gənclər bu məsələdə digər insanlardan öndədirlər. Diqqətlə və təvazökarlıqla oxunan namazdan əldə etdikləri fayda digərlərindən daha çoxdur.
Gəncin qəlbi azanın bizi tələsməyə sövq etdiyi “Fəlah” mərhələsinə çatmağa daha çox hazırdır.
Valideynlər, müəllimlər, professorlar, məsləhətçilər və vaizlər namaz ilə gənclik arasında mövcud olan bu əlaqəni unutmamalıdırlar. Onlar da bu mövzuda yerinə yetirməli olduqları məsuliyyəti dərk etməlidirlər.
Məktəblər, universitetlər, xüsusən də müəllim hazırlayan universitetlər – Televiziya və Radio təşkilatı və digər mədəniyyət müəssisələri “[vacib] namazı qılmalı olan” əsas auditoriyalardandır.
Uca Allahdan hər kəsə uğurlar diləyirəm

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button