ArxivIslamXəbər lentiXəbərlər

Ali dini rəhbər: “İslam cəmiyyətinin formalaşması üçün mübarizə etməliyik”

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün səhər saatlarında yeni təhsil ilinin başlanğıcı münasibətilə İranın elm hövzələrinin tələbələrini qəbul edərək, səmimi bir məclisdə onlara xitab edib.

qafqaz.ir Deyerler.org -a istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei: “İndi bəşər cəmiyyəti və xüsusilə də gənc nəsillərin, yeni ifadələrə ehtiyacı var. İslam bu istiqamətdə insan, cəmiyyət və siyasət məsələlərində cəlbedici təlimlərə malikdir. Hansını ki, dünya eşitsə, qəti olaraq qəbul edəcək”.

Gənc tələbələrlə yaxından görüşdüyü üçün məmnunluğunu qeyd edən ali dini rəhbər, sözlərini belə davam etdirib: “Siz gənc tələbələr, İmamət və Vilayət bağının yeni göyərməyə başlayan fidanları kimisiniz. Sizin zehni və əməli baxımdan əldə etdiyiniz irəliləyişlər isə müəllimlərinizin həyəcanlanmasına və düşmənlərinizin qəzəblənməsinə yol açacaq.

Peyğəmbərlərin həyatlarında da olduğu kimi, təmiz və şərəfli bir həyat tərzinin yerləşdirilməsinə qətiyyən bəziləri qarşı çıxıb maneə olacaqlar. Beləliklə, din alimləri özlərini çətin və zəhmətli, amma eyni zamanda da çox təsirli bir məşğuliyyətə hazırlamalıdır”.

İranda inşa edilən İslam nizamı sayəsində din alimlərinə müvafiq mühitin yarandığına vurğu edən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei belə danışıb: “Cəmiyyətə hakim olan İslami şərait bu xüsusiyyətlərdən biridir. Bunun yanında da, qlobal miqyasda marksizm ilə liberalism ideyalarından yaranan məyusluğun gətirdiyi mənəvi boşluq, İslami düşüncənin malik olduğu yeni ifadələrin təqdim edilməsi üçün uyğun bir şərait hazırlayıb”.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei hazırda kütləvi informasiya vasitələri və xüsusilə də virtual aləmin İslamın həyat bəxş edən mesajlarının ötürülməsi üçün münasib bir imkan verdiyini xatırladaraq, sözlərinə bunları da əlavə edib: “Yaşadığımız dövrün digər bir əhəmiyyətli xüsusiyyəti isə, zehinlərdə yaranan sualların olduqca çox olmasıdır. Bu da sözü keçən zehinləri doğru cavabları taparaq, elm hüdudlarını aşmasına kömək edəcək”.

Ali dini rəhbər bəzi yazıçılarla fərdlərin mübarizə yolunu və İslam inqilabının sona çatdığına dair ortaya atdığı iddialarının səhv və xəyanət nümunəsi kimi qiymətləndirib: “İnqilab köhnə strukturlarla qanunları ortadan qaldıraraq, yeni bir sistemi yaradıb, davam etdirir. Əsl məqsədə çatıb, İslam dövlətinin formalaşmasına qədər uzun bir yolumuz var, amma heç şübhəsiz bu istiqamətdə də inkişaf etmək üzrəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button