AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ali Baş Komandan Silahlı Qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri ilə görüşdə: Rasional hərəkət edilərsə, düşmənin hesablamalarını pozmaq mümkündür

Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin düşmənlərin qarşısını almaq üçün hazır olmasını və pərdəarxası müəlliflərə qarşı sayıqlığı tamamilə zəruri adlandırıb.
O, güc və qüdrət baxımından zəif olan ünsürlərin sözlərinə və ehtimal olunan addımlarına işarə edərək deyib: “Ağıl və düşüncələr bu cür söz və addımlar üzərində köklənməməli, əsl senaristləri və pərdə arxasını görmək lazımdır.”
Ali Baş Komandan beynəlxalq şər qüvvələrin dünyanın müxtəlif yerlərində müharibə ocaqlarını qızışdırdıqlarına toxunaraq deyib: “İmperializm harada hər hansı mənfəətlər görsə, səhnə arxasından münaqişə yaradır.”
Düşmənin uzunmüddətli planları üzərində diqqət və dəqiqlik İnqilab Rəhbərinin Silahlı Qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri qarşısında vurğuladığı digər mühüm məqam olub.
Ali Məqamlı Rəhbər bu haqda deyib: “Düşmənin beş-on illik planlarına ciddi fikir vermək yaxşıdır və lazımdır, amma onun orta və uzunmüddətli proqramlarını da diqqət mərkəzində saxlamaq və izləmək lazımdır.”
Ali Baş Komandan ABŞ-ın təqribən iyirmi il bundan əvvəl İranın şərq və qərbində yaratdığı müharibələrə işarə edərək deyib: “Amerikalıların İraqda və Əfqanıstanda maraqları var idi, amma əsas məqsədləri İran İslam Respublikası idi. Lakin İsalm İnqilabı çox güclü təmələ sahib olduğundan onlar bu macəralarda və əsas məqsədlərində uğursuzluğa düçar oldular.”
Həzrət Ayətullah Xamenei bu reallğa istinad edərək deyib: “Buna görə də düşməni üzdə möhkəm görünən bütün hesablamalarına və qüdrətli ordusuna rəğmən, məğlub etmək olar.”
O, sionist rejimin hazırki mövqeyinin bu məğlubiyyətlərin başqa bir nümunəsi adlandıraraq deyib: “Sionist rejimin keçən il Ramazan ayında fələstinlilərə qarşı keçirdikləri əməliyyatlara dünyada xüsusi bir reaksiya olmadı, amma bu il onun cinayətlərinə qarşı, hətta ABŞ və İngiltərədə də etiraz aksiyaları keçirilir.”
Ali Baş Komandan düşmənin məğlubiyyətinə inanmaqla yanaşı, onu diqqətdən kənarda qoymamağı vacib sayıb və əlavə edib ki, heç bir mərhələdə düşmənlərin hiylə və planlarını diqqətdən qaçırmaq olmaz.
İnqilabın Böyük Rəhbəri çıxışının sonunda Silahlı Qüvvələrin intellektual mərkəzlərini və elementlərini davamlı və yenilikçi şəkildə güclü, rasional və qabaqcıl strategiya və siyasətlər hazırlamağa çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button