ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Alen Simonyan: “Ermənistan üçün Qarabağ problemi mövcud deyil”

Spiker Yerevan üçün sülh müqaviləsinin aktual olduğunu deyir

Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Yerevan üçün Qarabağ problemi mövcud deyil.
O, noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib.
“Ermənistan Dağlıq Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Biz, yəqin ki, son il yarım ərzində bu barədə səkkiz dəfə danışmışıq”, – deyə Milli Assambleyanın spikeri əlavə edib.
O qeyd edib ki, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.
Eyni zamanda, Ermənistan parlamentinin sədri Azərbaycan tərəfini Ermənistanda revanşist əhval-ruhiyyə oyada biləcək bəyanatlar verməməyə çağırıb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button