ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məzlum Qəzzə əhalisinin qanı sionist rejimin süqutunu sürətləndirəcək

Bunu, sionist rejimin Qəzzəyə qarşı cinayətlərinin davam etməsinə toxunan İran prezidenti vurğulayıb.
Nazirlər kabinetinin dünən axşam keçirilən iclasında Qəzzədə törədilməkdə olan dəhşətli cinayətlərə qarşı misli görünməmiş beynəlxalq hiddət və nifrətə işarə edən Seyid İbrahim Rəisi bu münasibətlə dünya ictimaiyyətinə müraciət edib.
Bu gün dünya xalqlarının beynəlxalq təşkilatlar, dünya gücləri və hökumətlərdən sualı budur ki, bu imperialist rejimin Amerikanın himayəsilə onların gözləri qarşısında Qəzzədə məzlum fələstinli qadın və uşaqları belə bir qəddarlıqla qanlarına qəltan etməsinə necə icazə verirlər?- deyə, İran prezidenti vurğulayıb.
Amerikanın sionistlərin cinayətlərinə həyasızcasına dəstək verməsinə işarə edən Rəisi,/ ABŞ prezidenti Co Baydenin ötən illərdə «Əgər  sionist rejim bu regionda mövcud olmasaydı, Amerika onu icad etməyə səy göstərərdi» ifadəsini/ qəsbkar sionist rejimin qondarma olmasına/ edilən etiraf adlandırıb.
İran prezidenti sonra Qəzzədə və bu bölgənin məzlum əhalisinə qaşı törədilən əməlləri bəşəriyyətə qarşı cinayət və hərbi cinayətin aşkar nümunəsi adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button