ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP müqəddəslərimizin REAL TV-də təhqir olunması ilə bağlı bəyanat yayıb

Azərbaycan İslam Partiyası müqəddəslərimizin REAL telekanalında təhqir olunmasına etiraz bəynatı yayıb. Bəyanatda deyilir: “Bu günlərdə REAL televiziya kanalının rəhbəri Mirşahin Ağayev milyonlarla televiziya tamaşaçısının gözü qarşısında İslam müqəddəslərini təhqir etmişdir. M.Ağayev Azərbaycan Respublikası Kontitusiyasının 18-ci maddəsinin 3-cü bəndini kobudcasına pozaraq 95 faizi müsəlman olan Azərbaycan xalqının dini inancını, əqidəsini, İslam dininin müqəddəs şəxsiyyətlərini məsxərəedici sözlərlə aşağılamışdır. O, sübhə yoxdur ki, Azərbaycan xalqının dini heysiyyatına toxunmaqla cəmiyyəti, xüsusən də xalqımızın içərisində xüsusi çəkisi olan dini cameəni radikal addımlar atmağa təhrik etmək məqsədi güdmüşdür. Azərbaycan İslam Partiyası Mirşahin Ağayevin atdığı addımı siyasi avantyüra hesab edir və bunu ölkəmizdə siyasi stabilliyin pozulması, dini qarşıdurma yaratmaq, cəmiyyəti parçalamaq, qarşılıqlı qəzəb və nifrət oyatmaq cəhdi kimi qiymətləndirir. Bütün bunları nəzərə alaraq hüquq mühafizə orqanları təcili tədbirlər həyata keçirməlidir. M.Ağayevin bu avanturist addımı qısa müddətdə araşdırılmalı, haqqında xüsusi qərardat qəbul edilməlidir. Hesab edirik ki, bu bur mənəvi cinayətdir və şəxsə qarşı cinayət işi qaldırmaq zərurəti yaradır. Azərbaycan cəmiyyətinin xaosa və üsyana sürüklənməsi xalqımızın və ümumilikdə müsılman dünyasının düşmənlərinin aşıq təxribatıdır. Təhlükəsizlik orqanları bu həssas məsələyə daha diqqətlə yanaşmalı, gələcək bu tip təhlükəli addımların qarşısı operativ olaraq alınmalıdır. Dövlət başçısının adı arxsında gizlənən Mirşahin Ağayevin hədəfə götürdüyü məqsəd həm də ölkəmizin və onun başında duran şəxslərin müsəlman dünyasında nüfuzdan salmağa xidmət edir. Guman edirik ki, bütün bunlara rəğmən REAL televiziya kanalının tez bir zamanda, cəmiyyətimizə daha ağır və zərərli zərbə vurmadan fəaliyyəti dayandırılacaq və mütləq dayandırılmalıdır, M.Ağayev haqqında ciddi araşdırılma aparılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir. Əsrlərlə Peyğəmbər (s) və ailəsini böyük hörmət və izzətlə yad edən, bu müqəddəs şəxsiyyətləri qəlblərində yaşadan və həmişə də əziz tutan, Vətəni, onun hər qarış torpağını O Həzrətlərdən, onların mərdlik və mübarizliyindən nümunə götürərək sevən xalqımız, xüsusən gənclərimiz yağı düşmənlə aparılan 44 günlük müharibədə sübut etdi. Bunu yalnız mənəviyyatı zəngin olan, Allahı və Onun bəşəriyyət üçün nümunə kimi yaradan şəxsiyyətləri qəbul edib sevən insanlar başa düşə bilər”. Akif Heydərli, Azərbaycan İslam Partiyası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button