ArxivIslamXəbər lentiXəbərlər

AİP lideri Qobustan həbsxanasından niyə köçürülmür?

2014-cü ilin oktyabr ayında 12 saylı cəzaçəkmə müəssisəsindən, Qobustanda yerləşən qapalı rejimli həbsxanaya köçürülən AİP lideri Mövsüm Səmədovun burada saxlanma müddəti başa çatıb.

Bu barədə İslaminSesinə Doktor Səmədovla görüşən vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, 2014-cü ildə, guya daxili nizam intizam qaydalarını pozduğu üçün Qobustan qapalı həbsxanasına köçürülən AİP liderinin buradakı cəza müddəti sona yetsə də, o hələ də, adi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilməyib.

Yalçın İmanovun sözlərinə görə məsələ ilə bağlı Qobustan həbsxanasının rəisi ilə görüşüb. Ona bildirilib ki, Doktor Səmədovun cəzası köçürülmə haqda məhkəmə qərarı elan edilən gündən deyil, Qobustan qapalı həbsxanasına köçürülən vaxtdan hesablanır. Buna görə də, AİP liderinin adi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılması hələlik mümkün deyil.

Lakin vəkil məsələ ilə bağlı məhkəməyə sorğu göndərəcəyini və problemin hüqiqi müstəvidə həllinə çalışacağını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button