ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AİP Eşq Karvanı – Ərbəin yürüşü ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası Eşq Karvanı – Ərbəin yürüşü ilə bağlı bəyanat yaydı
Bəyanatda deyilir:
“İlahi dəyərlər içərisində Kərbəla hadisəsi ictimai xarakter etibarı ilə bəşəriyyətin düzgün təlim ala biləcəyi ən dərin hikmətli bir məktəbdir. Bu gün bu məktəbin Nəcəfdən Kərbəlaya uzanan yüz kilometrə yaxın bir məsafəni tükənməz şövq və məhəbbətlə irəliləyən, yürüyən on milyonlarla Əhli-Beyt aşiqi və bu işığın ətrafına toplaşan, ondan hünər dərsi, zövq və səfa alan, şəfalanan, müxtəlif dinə, irqə mənsub olan məzunu, tələbəsi, şagirdi, dinləyicisi qəlbində, zehniyyətində, köksündəki eşq yuvasında nələr yaşadır onu bir yaradan bilir. Çağırışsız, təlimsiz, tərcüməsiz, bələdsiz bu yürüş iştirakçılarının bir ünvanı var-İmam Hüseynin məhzəri. Burada hər kəs bu İlahi hikmətin və dəyərin bərəkətini artırmağa və dirçəltməyə səy göstərir. Toplum olaraq dünyanın hər yerindən gələnlər Ərbəinin bəşəriliyini və unudulmazlığını sübut edir, möhkəmləndirirlər.
Bu yürüş yolunun hər addımında Kərbəla vaqeəsinin, Aşuranın hikmətini, mahiyyətini dərk edən hər kəs bu günün hər il iştirakçısı olmağı özünə borc və müqəddəs vəzifə hesab edir. Məhz bunun nəticəsidr ki, Ərbəin yürüşçülərinin sayı hər il durmadan artır. Bu artan say eyni zamanda zülmə və zalıma nifrətin qədərini və təsirini də sürətlə artırır.
Dünyanın təcavüzkar, zalım hakimləri qorxu və xof içindədirlər. Onlar Ərbəin yürüşçülərinin ən yaxın zamanda zülmün üstünə yürüyəcəklərinin şahidi və hədəfi olacaqlarını dərk etdikcə bu yürüşün qarşısını almağa, ona əngəllər törətməyə, onu zəiflətməyə çalışırlar. Amma əsrlərcə davam edən bir hərəkatın qarşısını almaq onlara müəssər olmayacaq.
Çox təəssüflər olsun ki, doğma Azərbaycanımızda da lənətlənmiş yezidpərəstlər vardır ki, şəhidlər sərvəri, azadlığın mücəssəməsi və zülmə savaş simvolu, ədalətin, haqqın məzmunu və İslamın xilaskarı sayılan ölməz HÜSEYN və HÜSEYN aşiqləri onların gözünə ox kimi batır. Şəhidlik məktəbinin banisi HÜSEYN dünya durduqca bütün şəhidlərin,o cümlədən Azərbaycan-Qarabağ müharibəsi şəhidlərinin başı üzərində dayanmış və dayanacaqdır. Mayası və fitrəti turş ayran, amalı pozuçuluq və bölücülük, mənliyi əl çirki olanların yəqin ki, sonu ucuzvari, həm də əzablı ölüm, əbədi yeri cəhənnəm olacaq.
Kərbəlanın bu gün 20 milyonluq eşq karvanı cəhənnəmliklərin yuxusunu yəqin ki, ərşə çəkir. Özlərinə mənəvi əzab yolunu seçənlər dil uzatdıqları Peyğəmbər və onun ölməz Əhli-Beyti daim sevildikcə Onların düşmənləri hər gün öləcəklər. Fikirləri qeybət, qəbirləri zülmət olanlara yazıqlar olsun. Sabahkı Ərbəin yürüşünün iştirakçılarına, HÜSEYNİN qonaqlarına və HÜSEYNƏ salamlar olsun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button