ArxivXəbər lentiXəbərlər

AİP Bəhreyn rejiminin hərəkətini pisləyib

Azərbaycan Respublikası İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlığının ləğvinə dair hərəkətini pisləyib.

Səhər-in Bakıdakı müxbirinə müsahibə verən Akif Heydərli bildirib ki, Bəhreyn rejiminin bu hərəkəti İslam dünyasnın nigaran edib.

O, bu mücahid din xadiminin Bəhreyn cəmiyyəti üçün böyük xidmətlər göstərdiyini bildirərək, deyib: O, kommunizm ideologiyası hökmranlığının aradan götürülməsində və hətta bu ölkənin əsas qanununun hazırlanmasında böyük rol oynayıb.

Azərbaycan Respublikası İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Bəhreyn rejiminin bu ölkə şiələrinə qarşı cinayətlərinə də toxunub və belə deyib: Şeyx İsa Qasımın davamçıları Bəhreynin zalım rejiminin dəyişdirilməsi üçün təsirli addımlar atıblar və bu rejim özünü xilas etmək üçün bu qanunsuz hərəkətə əl atıbdır.

Akif Heydərli deyib: Bu gün İslam dünyası və hətta BMT Bəhreyn krallığının bu qanunsuz hərəkətini pisləyirlər.

Azərbaycan Respublikası İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini əlavə edib: Bəhreynin müsəlman xalqı oyanıb və Şeyx İsa Qasımın rəhbərliyi altında ölkəsinin zalım rejiminin dəyişdirilməsilə azadlıq ardıncadır.

O, deyib: Biz də digər müsəlmanlar kimi Bəhreyn rejiminin bu hərəkətini pisləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button