ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

AİHM Azərbaycanla bağlı iki qərarını elan etdi

Şahvələd Çobanoğlu hökumətlə dostca anlaşmadı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 7-də Azərbaycanla bağlı iki qərarını elan edib.
Məhkəmə bir işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verib, digər işdə hökumət iddia olunan pozuntuları etiraf edib.
“Şahvələd Namazov Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin (Şahvələd Çobanoğlu-red.) ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlıdır.
Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozuntusundan da şikayət edib.
O, AİHM-ə şikayətində bildirib ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanunauyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb.
Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb.
Eyni zamanda, ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edib.
Ərizəçi həmçinin şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini bildirib.
Bu işdə tərəflərin dostca anlaşma ilə bağlı müzakirələri uğursuz olub.
Bunun ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – hökumət ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib.
AİHM bəyannaməni nəzərə alaraq, qərar qəbul edib, həmin qərara əsasən, hökumət jurnalistə təzminat ödəməlidir.
“İlqar Qurbanov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəli olub.
Ərizəçi iddia edib ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb və ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Məhkəmə bu işdə hökumətin əks arqumentlərini rədd edib, 6.1-ci maddənin pozuntusuna qərar verib.
Qərara görə, hökumət ərizəçiyə 1000 avro təzminat ödəyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button