ArxivXəbər lentiXəbərlər

Ağcabədidə polis narkotik satır – İDDİA

Xeberman.com saytına Ağcabədi rayonundan şikayət məktubu daxil olub. Şikayətdə bildirilir ki, narkotik maddələrin satışı rayonda artıq ayaq açıb. Ən təəssüfləndirici hal isə, narkotik satışına Ağcabədi polis rayon polisinin nəzarət etməsidir. Adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğunu kimi sizə təqdim edirik;

“Hörmətli redaksiya yazıb sizə bildirirəm ki, Agcabədi rayon Hindarx qəsəbəsində və Agcabədi rayon Şərəfxanlı kəndində narkotik maddələrin istifadəsi və satışı geniş vüsət alıb. Narkotik maddələrin satışına birbaşa Ağcabədi rayon polis idarəsi nəzarət edir. Rayon cavanlarının zəhərlənməsinin qarşısı tez bir zamanda alınmalıdır. Çünki cavanların əksəriyyəti bu zəhərə qurşanıblar. Sizdən xaiş edirəm məlumatı dərc edin. Adım və soyadımın qeyd olunmamasını sizdən bir daha xahiş edirəm.

Hörmətlə Agcabədi rayon Şərəfxanlı kəndi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button