AEBA: İranın uran ehtiyatı normadan 19 dəfə çoxdur
“İran nüvə sazişində icazə verildiyi normadan dəfələrlə çox zənginləşdirmə işi aparıb. Orada zənginləşdirilmiş uran ehtiyatı icazə verildiyindən 19 dəfə çoxdur.” FransPress xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.
Bildirilib ki, İranda nüvə mərkəzi kimi elan edilməyən yerlərdə nüvə maddələrinin tapılması məsələsilə bağlı danışıqlarda heç bir irəliləyiş olmayıb. Əlavə edilib ki, İranda nüvə sazişi icazə verdiyi həddən 19 dəfə çox zənginləşdirilmiş uran ehtiyatı var.
Bu məlumatda deyilib: “BAEA İranda nüvə proqramının bütününün dinc xarakterli olmasına zəmanət vermək iqtidarında deyil.” Qeyd edək ki, ABŞ 2015-ci ilin nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb və İran da sazişdə olan öhdliklərini azaldıb. Hazırda tərəflər sazişi bərpa etmək üçün danışıqlar aparır. Aİ mənbələri bu danışıqların müsbət nəticə verməsinə ümidlərin azaldığını deyiblər.