ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Admiral Rəsteqari: İran hava sərhədləri yaxınlığında iki düşmən təyyarəsinin sistemlərinə nüfuz edib

İran hava sərhədləri yaxınlığında iki düşmən təyyarəsinin sistemlərinə nüfuz edib
İran Müdafiə Nazirliyinin Elektron Sənayesi Şirkətinin baş direktoru elektron döyüş sistemlərinin ölkənin hava sərhədləri yaxınlığında düşmənin iki casus təyyarəsinə nüfuz etdiyini bildirib.
admiral Əmir Rəsteqari şirkətin elektron müharibə sahəsində əldə etdiyi nailiyyətlər haqqında deyib: “Bizdə dünyada bütün elektron müharibə sistemlərinin işlədiyi tezlik diapazonlarında aşkarlama və cavablandırma sistemləri var. Bu gün mən cəsarətlə deyirəm ki, biz düşmənin elektromaqnit dalğalarının bütün ölçülərini izləmək və ona uyğun hücum etmək iqtidarındayıq”.
İran Müdafiə Nazirliyinin Elektron Sənayesi İdarəsinin baş direktoru əlavə edib: “Biz uzun illərdir ki, ölkənin kosmos və hava sərhədlərini qorumaq üçün elektron müharibə ilə məşğul oluruq və bunu sınaqdan keçirən hər bir hücumçu bizim gücümüzü dərk edib”.
Admiral Rəsteqari daha sonra deyib: “Bu gün bu qabiliyyət silahlı qüvvələrdə mövcuddur və Bir bir neçə yüz kilometr məsafədəki təhlükələrlə mübarizə apara bilirik”.
Rəsteqari sözlərinə belə davam edib: “Bir müddət əvvəl düşmən təyyarəsi hava məkanımızın sərhədi yaxınlığında hərəkət etdi və kəşfiyyat məlumatları toplamaq üçün dalğalar göndərməyə başladı, biz təyyarənin fəaliyyətini pozduq. Təyyarənin pilotu onun sistemində problem olduğunu düşünüb, bazaya zəng edərək sistemində problem olduğunu və bazaya qayıdacağını bildirdi. Bizdə onların söhbətləri var”.
“Ertəsi gün daha iki təyyarə uçdu və casusluq etməyə başladı, bu dəfə biz də onların hər ikisini sıradan çıxardıq, çünki biz o bant genişliyində bu qabiliyyəti əldə etmişik”, – deyə o, qeyd edib.
Admiral Rəsteqari əlavə edib: “Biz nüfuz etməyə başladıqdan sonra bu iki təyyarə yer sistemlərimizin onlarda nasazlıq yaratdığını başa düşdü. Buna görə də, bazalarına daha işləyə bilməyəcəklərini bildirdilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button