ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Abzas Media” internet nəşrinin baş redaktoru saxlanılıb

Noyabrın 21-də səhər tezdən “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızının mənzilində axtarış başa çatıb. Axtarışlardan sonra o, yenidən  Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Vaqifqızı özü bildirib ki, “bütün bu hadisələr” onun jurnalist fəaliyyəti və “Abzas Media”nın işi ilə bağlıdır.

Vaqifqızı noyabrın 21-də xaricdən gələrkən Bakı hava limanında saxlanılıb.

Noyabrın 20-də isə  “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığında ittiham olunub.

Demokratiya və insan haqları mövzusundan daima özünün hegemonçu və müdaxiləçi məqsədləri üçün istifadə edən ABŞ dərhal AbzasMedia-ya basqına münasibət bildirib.

ABŞ Dövlət Departamenti Bazar ertəsi günü polisin AbzasMedia-ya basqını və onun keçmiş siyasi məhbus direktoru Ülvi Həsənlinin həbs olunması ilə bağlı dərin narahatlığını bildirib.

“Biz jurnalist Ülvi Həsənlinin həbsi və həbsdə olarkən fiziki zorakılıq iddiaları barədə xəbərdən çox narahatıq”, – deyə mətbuat katibi Metyu Miller TURAN-ın Vaşinqton müxbirinə müsahibəsində bildirib.

Hətta Azərbaycan Respublikasının özündə insan haqları mövzusuna ikili yanaşan və bu ölkədə həbsdə saxlanılan vicdan məhbusları ilə bağlı heç bir reaksiya verməyən ABŞ-ın riyakar diplomatı belə əlavə edib: “Azərbaycan hökumətini ifadə azadlığı da daxil olmaqla hər kəsin hüquq və azadlıqlarını qorumağa çağırırıq.”

Bildirilir ki, Həsənli Bazar ertəsi səhər Bakı xaricində polisin AbzasMedia ofislərində axtarış zamanı 44.000 dollar nağd pul tapdığını söyləməsindən bir neçə saat əvvəl saxlanılıb. Daha sonra axtarış zamanı Media ofisinə aparıldı və iş yoldaşlarına İstintaq Təcridxanasında olduğu müddətdə üzünə vurulduğunu və fiziki təzyiqə məruz qaldığını söylədi.

Vaxtı ilə ölkə daxilində hərhansı fəaliyyət üçün qərbin əlini açıq qoymuş rəsmi Bakı son vaxtlar ABŞ və Fransa başda olmaqla qərb dövlətlərinin Azərbaycana qarşı qılıncı üzdən bağladıqlarını gördükdə onların adamlarını sıradan çıxarmaq qərarına gəlib.

Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze də Həsənlinin həbsinə münasibət bildirib.  “Abzas Media-nın direktoru olaraq Ülvi Həsənli Azərbaycanda yüksək səviyyəli korrupsiya ittihamlarını cəsarətlə ifşa edib və ictimai maraq doğuran mühüm məsələləri işıqlandırıb”,- Natalya Nozadze deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button